Ajax yoxsa Websocket?


  • 5 il əvvəl
  • 2695

Ajax doğrudur səhifənin yenilənməsinə gərək qalmadan məlumat mübadiləsi edə bilirik amma bu mübadilə bitdikdən sonra dərhal serverlə əlaqəniz kəsilir Və buna görədə Big datalarda dizinizi yerə qoyduracaq texnologiyadır AJAX.

Websocket isə serverlə client bağlantısı qurulan kimi əlaqə kəsilmir və daimi bir biri ilə məlumat mübadiləsi içində ola bilirlər . Gəlin xəyal edək sosial şəbəkə hazırlamısınız və online 10.000+ user var 1 dəqiqə intervalla 100 user bir status paylaşsa bu statusu ajax ilə sorğu göndərib mysql-ə yazsaq sonrada bütün və ya ən sonuncu statusu alıb append etsək ? düşünün saniyə başına nə qədər sorğu olacaq çox güman mysql şişəcək və ya cpu havalanacaq.

Amma iş websocketə gələndə son yazdığınız statusu emmit(send) edib digər clientlərin hər birinə bunu avtomatik ötütürük və sorğu ilə hər hansısa bir statusu çəkməyimizə gərək qalmır sadəcə son statusu MQ (quyruq) ilə azda olsa sistemi yormadan bazaya ötürürük . Buda Ajax ilə socket fərqidir