Huawei, Apple-ni Keçərək İkinci Ən Böyük Ağıllı Telefon İstehsalçısı Oldu


  • 4 il əvvəl
  • 4614

Huawei, telefon məhsuldarlığında Apple-ni geridə qoyaraq ikinci ən böyük telefon istehsalçısı oldu.

Huawei şirkəti, Apple-ni geridə qoyaraq dünyanın ikinci ən böyük telefon istehsalçısı oldu. Ən böyük telefon istehsalçısı mövqeyində isə hazırda bilindiyi kimi Samsung var. Çin nəhəngi, casusluq iddiaları ilə başa çıxsa da iş siyasətindən əl çəkmədi və ilin ilk fəsilində bu uğura çatdı.

Telefon markasının artım qrafiki

Apple, iphone və Mac avadanlıqlardakı satışların düşməsi ilə birlikdə günahı İnteldə axtarmışdı. Günahkar kimdir, məchul ancaq Huawei bir növ bunu fürsət bilərək ağıllı telefon istehsalını artırıb və bu siyasəti seçərək doğru qərar vermiş kimi görünür.

IDCNİN sədr müavini Ryan Reith, "Dünya miqyasında ağıllı telefon bazarı olduqca çətin bir bazar halına gəlmişkən Huaweinin belə böyük bir nailiyyət nümayişi təqdirə layiqdir. Samsung, Huawei və Apple arasındakı bu sıralama 2019 boyu belə davam edəcək kimi görünür" dedi.