Meizu, içərisində Snapdragon 855-i saxlayacaq üç ədəd telefon çıxarmağa hazırlaşır


  • 5 il əvvəl
  • 3100

Çinli ağıllı telefon istehsalçısı Meizu, bu il içərisində üç ədəd Snapdragon 855li telefon çıxarmağa hazırlaşır. Telefonlardan birinin oyunçular üçün olması gözlənilir.

Bir Weibo paylaşımında meizunun qurucusu Jack Wong, bu il içərisində gücünü Snapdragon 855 dən əldə edəcək üç ədəd telefon çıxarılacağını bildirib. Bu telefonların ikisinin may ayına qədər istifadəçilərlə görüşəcəyi gözlənirdi, telefonların adları də Meizu 16s, Meizu 16s Plus və Meizu 16t olacaq.
 
 Meizu 16s, 6,2 düyümlük bir ekranla birlikdə gələcəkdə, 16s Plus modeli 6,5 düyümlük bir ekrana sahib olacaq. Meizunun oyun yönümlü çıxaracağı telefon olan 16tnin dişsiz bir ekrana sahib olacağı bilinir ancaq tam ekran ölçüsü indi paylaşılmadı.

Telefon çox incə bir çərçivəyə və 4.000 ilə 4.500 arası bir batareya gücünə malik olacaq. Telefonun 295 ilə 369 dollar arasında qiymət etiketi ilə birlikdə gələcəyi də şayiələr arasında.

Meizu 16s

Dizayni ilə istifadəçiləri valeh edən bir marka olan Meizunun son çıxaracağı telefonlar, bugün üçün görünüşləri haqqındakı sirri qoruyur. Meizu heyranları tərəfindən hazırlanan (yuxarıdakı vizual) dizayn, Weibonun səhifəsində paylaşıb və Meizunun İcraçı Direktoru, Meizu 16sin bənzər bir dizaynla gələcəyini təsdiq edib. Təbii ki, 16tnin 16s ilə dizayn məsələsində bir əlaqəsinin olub-olmayacağı hələ də maraq mövzusudur.