Tədqiqatçılar, normaldan 10 dəfə daha uzunömürlü batareya İnkişaf Etdirdilər


  • 5 il əvvəl
  • 4699

Telefonların batareya tutumlarını 10 qatına çıxarmağı bacaran elm insanları, bu texnologiyanın təəssüf ki, bugün üçün istifadə etməyəcəklərini də dedilər.

Günümüz dünyasında elektron cihazların batareya ömürləri ayrı bir dərddir. Telefonların texnologiyası inkişaf etdikcə batareyalar çatdırmır. Hər nə qədər enerji daha idarəli istifadə olunan cihazlar hazırlansada, telefonların istifadəsi artdıqca batareyalar yetmir.

telefon şarjı

Albertə Universitetindən tədqiqatçılar, Litium-ion batareyalarda katot olaraq silikon nano zərrəcikləri istifadə etməyə əsaslanır. Hazırda batareyalarda istifadə edilən%95 saflıq qrafit yerinə silikon nano parçalar istifadə etmənin bəzi üstünlükləri də var. Daha çox litium ionu saxlayan və daha yüksək batareya gücü təmin edən bu materialı qrafitin 3 də 1i qiymətə almaq mümkündür.

Yenə də yeni batareyaları daha uzun müddət telefonlarda görməyimiz çətin görünür. Silikon da öz çatışmazlıqlarına malikdir. Silikon elektrik ötürücüsü qrafit qədər yaxşı deyil. Bundan başqa, silikon, batareyanın dolmaq- boşalmaq aralığında qırılmalar olur
 
 Albertə Universitetində aparılan işlərdə fərqli ölçülərdə silikon nano parçaları istifadə edən tədqiqatçılar, daha kiçik hissəciklərdən ibarət olan kompleks quruluşların daha yaxşı elektrik yığdığını kəşf etdi. Kiçik silikon nanoparçalardan edilən batareyaların, 500 doldurma dövriyyəsindən sonra belə%90 istifadəyə yararlı olduğu ortaya çıxdı.

telefon şarjı

Təəssüf ki hazırda uyğun bir qiymətə bu batareyaları istehsal etmək mümkün deyil. Tədqiqatçılar, yeni batareyanı ucuz və ardıcıl olaraq istehsal etməyin yollarını axtarırlar.

Texnologiya firmaları çoxdandır batareyalar üzərindəki işlərini davam etdirirlər. Yeni batareyalar bazara  yalnız telefonlarda deyil, elektrikli avtomobillərdə də istifadə ediləcək.