Vivo APEX 2019, ekranının hər yerindən barmaq izini oxuya bilir


  • 5 il əvvəl
  • 3383

Keçdiyimiz günlərdə tanıdılan Vivo APEX 2019 üstün bir barmaq izi sensoruna malikdir.

Vivonun 24 Yanvar tarixində keçirdiyi tədbir ilə tanıtdığı innovativ ağıllı telefonu Vivo APEX 2019, dizaynın bütövlüyünü pozan hər hansı bir fiziki quruluşa malik olmaması ilə önə çıxır. Telefonu təqdimatından sonra araşdırma fürsəti tapan adamlar, APEX 2019un barmaq izini ekranın hər yerində uğurla oxuduğunu deyib.

Vivo APEX 2019-un ekranın hər yerindən barmaq izini qavramasını, video 1.40-dan etibarən izləyərək görə bilərsiniz

Fiziki bir düyməyə malik olmayan ağıllı telefon Vivo APEX 2019-da bu düymələrin yerini toxunuşa həssas  sensorlar alır. APEX 2019, düymələrin yerini alan sensorları hər zaman açıq olan ekranının kənarlarında yer alan göstəricilərlə istifadəçilərinə bildirir. Güc düyməsinin olduğu yerdə olan yüngül çıxıntı isə sensorun yerinin tapılmasında asanlıq təmin edir. Vivo APEX 2019

Vivo APEX 2019-un batarya doldurması isə maqnetik bir şəkildə cihazın arxasında yerləşən yuvasına oturan kabellə həyata keçirilir. İnnovativ xüsusiyyətlərə malik olan cihazın hər hansı bir səsucaldan kalonka deşiyinə malik olmamasına baxmayaraq çıxardığı səsin olduqca yüksək olması böyük maraq doğurur. Vivonun yeni ağıllı telefonunun qiyməti haqqında isə hələ ki, bir məlumat yoxdur.