Web developer olmaq üçün lazım olan təhsil və təcrübə


  • 4 il əvvəl
  • 10341

Web developer olmaq üçün nələri bilmək lazımdır?

Peşəkar bir veb dizayner və ya developer olmaq, lazımi təhsil və təcrübə əldə etmək üçün günümüz şərtlərində olduqca çox metod var. İrəli səviyyə mövzularda təhsil və təcrübə qazanıb iş tapmaq üçün təməl mövzularda təhsil sahibi olmaq əlavə üstünlüklər verir.
 
 Bu gün, Veb developer olmaq üçün lazım olan təhsil və təcrübələrdən bəhs edəcəyəm.

Veb Dizaynında əsas ehtiyac olan məlumatlar

  • HTML

HTML, veb səhifəsi hazırlamada istifadə edilən işarələmə dili olaraq tanınır. HTML bir proqramlaşdırma dili olmamasına baxmayaraq, kompüter və ya ağıllı telefonlarla ziyarət edilən veb saytlarının yaradılmasında istifadə edilir. Çoxları bir WYSIWYG redaktorunun standart bir veb dizaynı üçün yetərli olduğunu söyləsə də, HTML, veb layihənin bel sümüyüdür. HTML dilində veb səhifəsi hazırlama biliyinə malik olub, bunu WYSIWYG redaktorları ilə dəstəkləmək, olduqca üstünlük verəcəkdir.

  • CSS 

CSS, Cascading Style Sheet sözlərinin qısaldılmasından yaranan, bir veb səhifəsinin görünüşü haqqında operativliyi olan,sayt və ya kod görünüşünün vizual hala gətirilməsində ən çox istifadə olunan kodlaşdırma növüdür. Veb dizaynı əvəzinə, veb proqramlaşdırma planşadırılsa  belə, CSS bilmək olduqca üstünlük verəcəkdir. 

Proqramlaşdırma kursları

  • Sadə Javascript

Əksər veb dizayner Javascript bilmir, amma bu onların karyeralarına mənfi istiqamətdə təsir edə bilər. Javascript proqramlaşdırma dilini bilmək, mürəkkəb server davranışlarından dolayı yavaş cavab verən istəklər yerinə, daha sadə və dinamik veb səhifələri yaratmağa yardımçı olur.
 
 Ümumiyyətlə, təhsil və təcrübə söz mövzusu olduğunda, böyük şirkətlərin çoxunun bakalavr dərəcəsinə malik olmasını üstünlük verdiyini deyə bilərik. Bunun yanında, daha kiçik şirkətlərin bu məsələyə çox diqqət etməməsinə baxmayaraq, kifayət qədər ödəniş etmədiklərini də etiraf etmək lazımdır. 

Web Dizayner Təhsili və Təcrübəsi

Veb dizaynerlə təhsillərini daha çox dizayn, qrafik və kreativlik məsələlərinə yönəldir. Web dizayner işə götürən şirkətlər; Rəng nəzəriyyəsi, vizual və bədii, ya da vizual dizayn məsələlərində təcrübəli olmalarını istəyirlər. Veb dizayner axtaran şirkətlər, vakansiyaya müraciət edənlərdən daha əvvəl hazırladığı sayt portfoliolarını görmək istəyirlər. Bu portfeldə daha əvvəl görülmüş işləri ilə yanaşı, şəxsi və ya komanda layihələri də var.

Web Proqramçı Təhsili və Təcrübəsi

Web proqramçıları, veb saytlarının funksiyanallığı üzərinə fokuslanırlar.  Şirkətlərin web proqramlaşdırmada istifadə etdiklərindən ən geniş yayılmış proqramlaşdırma dilləri: PHP, JSP və ASP - dir. Veb proqramlaşdırma sahəsində çalışmaq istəyənlərin yalnız müəyyən bir proqramlaşdırma dili üzərində cəmləşdirmək əvəzinə, birdən çox proqramlaşdırma dilində məlumat sahibi olmaları özlərinə üstünlük verəcəkdir. PHP daha çox kiçik şirkətlər tərəfindən istifadə edilməklə birlikdə, ASP, JSP və Ruby kimi proqramlaşdırma dilləri böyük firmalar tərəfindən seçim edilir.

Veb sayt yaratmaq təcrübəsi

Veb agentliklər və ya başqa sözlə desək veb istehsalçıları, sayt məzmunu istehsal etmə və bunları idarə etmə məsələsində çalışırlar. Təcrübəli veb istehsalçıları, marketinq və PR məsələlərinə hakimdirlər. Veb istehsalçıları əsasən veb dizaynerləri, proqramçılar ilə birlikdə işləyərək layihə hazırlayırlar. Veb istehsalçılarının məzmun yazma və bunları marketinq və PR ilə əlaqələndirmək məsələlərində təcrübə qazanmaları özlərinə üstünlük verəcəkdir. Veb sayt yaratmaq işlərində, əsasən veb məsələsinin müxtəlif sahələrində bilik sahibi olan birdən çox insanın yaratdığı bir qrup çalışması söz mövzusudur. Xüsusən məzmun yaratmaq eyni zamanda proqramlaşdırma və dizayn mövzusunda məlumat sahib olan birinin veb sayt inkişaf etdirmək sahəsində mükəmməl işlər çıxaracağını söyləyə bilərik.