Finlandiyada təhsil

Finlandiya dünyada təhsilinə görə ilk sırada durur. Həmçinin dünyanın ən innovativ ölkələri sırasındadır. Bunlarla yanaşı ölkə ən təhlükəsiz ölkələr arasındadır. Finlandiyada təhsil almaq heç də düşündüyünüz qədər çətin deyil. Siz təhsil alarkən həftə ərzində 25 saat işləyə bilər, universiteti bitirdikdən sonra da iş tapıb ölkədə qala bilərsiniz. İllik təhsil haqqı bakalavr üçün 6000-12000 EUR, master üçün 10000-15000 EUR arası dəyişir. Qeyd edək ki, tələbələr universitetlərin təklif etdiyi təqaüd programına qoşularaq 20%-100%-dək təhsil haqqıdan endirim əldə edə bilərlər.Bunun üçün təqaüdün şərtlərini qarşılamalısınız. Təqaüdə təhsilin ikinci ilindən müraciət edə bilirsiniz. Bakalavr üçün müraciət etdikdə sizdən əsas olaraq attestat və qiymət ortalamanız tələb olunur. Qiymətlər əsasən 4-5 olmalıdır. Hal-hazırda 11-ci sinifdə oxuyursunuzsa, müraciət edərkən məktəbdən oxumağınıza dair arayış əldə edə bilərsiniz. IELTS minimum 6.5 tələb olunur. Göstəricilər gedəcəyiniz ixtisasdan asılı olaraq dəyişə bilər. Master üçün müraciət etdikdə, sizdən bakalavr qiymət ortalamanız və diplomunuz tələb olunur. Universitetin sonuncu kursundasınızsa, universitetdən oxumağınıza dair arayış və transkript əldə edə bilərsiniz. Bal ortalamanız 85+ olmalıdır. IELTS minimum 6.5 tələb olunur. . Göstəricilər gedəcəyiniz ixtisasdan asılı olaraq dəyişə bilər. Digər sənədlər isə passport, şəkil, tövsiyyə məktubu, motivasiya məktubudur. Müraciət edə biləcəyiniz sahələr aşağıdakılardır:

-Business and Management

- IT

- Engineering and Technology

- Tourism and Hospitality

- Health and Sports və sair.

Bizim tərəfimizdən göstərilən xidmətlərə daxildir.

- Qəbul prosesinin aparılması;

- motivasiya məktubunun, referansın yazılmasında dəstək;

- təqaüd olduqda müraciət üçün dəstək

-viza prosesinə hazırlıq;

- miqrasiya qeydiyyatları zamanı dəstək.