Proqramlaşdırma Kursları

Kurslarımız uzun müddətli dondurulub. (Xahiş edirik nəzərə alasınız. Bunun üçün müraciət etməyin)
Elmi bələkdən qəbrədək öyrənmək lazımdır. © Sədi Şirazi
Proqramlaşdırma kursları

Veb developer olmaq istəyirsiniz? PHP bacarıqlarınızı inkişaf etdirmək lazımdır? Doğru yerdəsiniz fərdi veb proqramlaşdırma kurslarımıza qatılaraq 6 ay ərzində tam mütəxəssis səviyyəsinə gəlin Bu kursun iştirakçıları kursu uğurla tamamladıqda, HTML, CSS, Javascript, jquery, Bootstrap, PHP, Mysql öyrənməklə yanaşı mobilə uyğun (Responsive) internet saytı yaradacaqlar. Tətbiqi çalışaraq sıfırdan öz e-ticarət saytlarını qura bilən səviyyəyə gələcəklər. Yüksək funksianallı və performanslı işləyən veb saytlarının proqramlaşdırması, dizaynı, verilənlər bazası idarəsi, yayınlanması haqqında bütün məlumatlara sahib olacaqlar.

Niyə biz?

Development.az peşəkar veb studio firması olduğuna görə, kurs xidmətini qazanc məqsədinə görə yox komandasını genişlətmək üçün istifadəyə verib. Buna görədə nəzəri bilgilər əvəzinə layihələrin hazırlanmasında iştirak edib daha sürətli təcrübə qazanacaqsınız.

Şirkətimizdə işləmək imkanı

Kursu bitirdikdə şirkətimizdə işlə təmin olunacaqsınız. İlk başlarda sadə layihə tapşırıqları verilsədə zaman keçdikcə daha çətin və daha mürəkkəb layihələr veriləcək

Beləliklə gəlir əldə etməklə yanaşı eyni zamanda böyük təcürbəni qısa müddətdə sahiblənəcəksiniz.

Kimlər qoşula bilər?

Kompüter işlədə bilən hər kəs!

Peşə və ya xobbi olaraq veb sayt dizaynı və proqramlaşdırmasını öyrənmək istəyən və ya bu məsələdə texniki bilik və bacarığını inkişaf etdirmək istəyən, kompüter işlədən hər kəs, bu kursda iştirak edə bilər.

PHP-ni bilən hər kəs

PHP-ni bilən və daha çox Veb proqramlaşdırmada özünü inkişaf etdirmək istəyən hər kəs proqramlaşdırma kursları xidmətimizdən istifadə edə bilər

Başqa bir proqramlaşdırma dilini bilən hər kəs

Başqa bir proqramlaşdırma dilini bilən və PHP ilə Veb Proqramlaşdırma öyrənmək istəyən hər kəs, proqramlaşdırma kurslarımıza qatıla bilər

İş Sahələri

Veb Proqramlaşdırma İxtisası təhsilimizi uğurla bitirən namizədlər, şirkətlərin məlumat informasiyası və ya IT departamentlərində, IT şirkətlərində, IT-ə və proqramlaşdırmaya ehtiyac duyan agentliklərin ofislərində, informasiya texnologiyaları firmalarında karyera imkanı tapmaq kimi özləri də freelancer olaraq veb proqramçı kimi çalışa bilərlər.

Fərdi veb proqramlaşdırma kursu

  • 1-ci ay

    Veb texnologiyası nədir və işləmə mexanizmini öyrənərək Html5 , CSS3 istifadə edib veb səhifələrin hazırlanması

  • 2-ci ay

    Javascript istifadə edərək səhifələri daha dinamik vəziyyətə gətirib, git texnologiyası ilə paket kimi yükləyib paylaşırıq

  • 3-cü ay

    Artıq Bootstrap framework 4 ilə daha müasir dizaynda saytlar hazırlamaq bacarığımız var. Eyni zamanda Jquery ilə javascriptin gücünü hiss edirik. Hələ Anguları demirik smile

  • 4-cü ay

    PHP7 sayəsində veb proqramlaşdırmanı necə də sevdirdiyinə şahid oluruq.

  • 5-ci ay

    Artıq Mysql öyrənməklə yanaşı, OOP standartları ilə veb saytlar hazırlaya bilirik

  • 6-cı ay

    Sizin seçdiyiniz ideanı birlikdə hazırlayırıq. Beləliklə tam peşəkarca kursu tamamlayırsız

Daha çox məlumat lazımdır?

Qiymət və daha ətraflı məlumatlandırmaq istəyirsiniz? Anında cavab verək!