Splashdata 2018-ci ilin ən pis 10 şifrəsini açıqladı. Bu şifrələrdən hər hansısa biri hesabınızda varsa, dərhal dəyişdirin.
Çox saytlarda istifadə etdiyimiz parol əvvəlki dövrlərdən qalma adətdir. Şifrələrin çox vacib məlumatları qoruduğu dövrlərə gəldik, bəlkə də yalnız Windows-a daxil olmaq üçün istifadə edirdikdiksə, hazırda bütün məxfiliyimiz bundan asılıdır.
Bu vəziyyətdə, köhnə vərdişlər və parollar dəyişdirilməlidir. 2018-ci ildə, Splashdata, 5 milyon sızdırılan şifrə informasiyasını toplayıb analiz edərək, 2018-ci ildə ən çox istifadə edilən və ən zəif şifrələri top 10 olaraq sıraladı.
2018-ci ilin ən pis 10 şifrəsi
- 123456
- password
- 123456789
- 12345678
- 12345
- 111111
- 1234567
- sunshine
- qwerty
- Iloveyou
Siyahıda demək olar ki, tanınmayan bir şifrə yoxdur. Artıq ən vacib saytlar xüsusi simvollardan istifadə etməyi tələb edir. Lakin, əgər siz hələ də yuxarıdakı parollardan birini istifadə edirsinizsə, şəxsi məlumatların pambıq ipindən asılı olduğunu bilmək lazımdır.