Almaniyada təhsil

Almaniyada təhsil sizin ən yaxşı qərarlarınızdan olması üçün çoxlu səbəblər vardır. Bunlara aşağıda qeyd olunanları misal göstərmək olar:

  1. Dünyanın hər yerində tanınan təhsil

  2. Hər sahədə təhsil proqramları

  3. İngilis dilində təhsil- alman dilini bilmirsinizsə ingiliscə təhsil ala bilərsiniz. Almaniyada çox sayda (xüsusilə master dərəcəsində) ingiliscə proqramlar vardır.

  4. Aşağı təhsil haqqı- Almaniya universitetləri dövlət tərəfindən maliyyələşdirildiyi üçün universitetlərdə təhsil haqqı yoxdur. Tələbə sadəcə semestr haqqı (təxminən 100-250 euro) ödəməlidirlər.

  5. Münasib yaşayış xərcləri

  6. Güvənli ölkə

Almaniyada magistr təhsilini necə ala biləcəyiniz haqqında düşündünüzmü heç? Sizi bu haqqda da məlumatlandırmaq istərdik.

Almaniyada magistr təhsilinə başlamaq üçün siz tələb olunan müəyyən şərtlərə cavab verməlisiniz. Almaniyada magistr təhsili ixtisasdan və universitetdən asılı olaraq 2-4 semestr davam edir.

Universitetlərə müraciət isə seçdiyiniz universitetin seçimindən asılı olaraq birbaşa və ya “Uni-Assist” vasitəsilə həyata keçirilir.

Siz Almaniyada həm alman, həm də ingilis dilində təhsil ala bilərsiniz. Ali məktəblər sizing seçiminizdən asılı olaraq dil biliklərinizi təsdiq edən sertifikat tələb edirlər.

Almaniyada təhsil üçün tələb olunan minimal göstəricilər aşağıdakılardır:

GPA-80+

IELTS- Overall 6.5 score