Macarıstanda təhsil

Macarıstan haqqında…

2004-cü ildə Avropa Birliyinə tam üzv olan Macarıstan, orta Avropada olan bir ölkədir. Əhalisi təxminən 10 milyon olan Macarıstan, Avstriya, Slovakiya, Ukrayna, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya ilə qonşudur. Macarıstanın paytaxtı Budapeşt, Avropanın ən populyar turistik şəhərlərindən biridir. Təhsil keyfiyyəti çox yüksək olan Macarıstan, bütün Avropadan tələbələr seçdiyi ölkələrdən biridir. Tələbələr üçün ən populyar şəhərlər olan Budapeşt və Debrecen, həm nəqliyyat asanlığı həm də, həyat keyfiyyəti və mədəni imkanlar baxımından bir çox üstünlüklərə malikdir. Macarıstanda universitet təhsili almaq olduqca asandır. Universitet imtahanına gərək qalmadan, Macaristanın ən prestijli universitetlərində Tibb, Əczaçılıq, Müdəndislik, Müəssisə və daha bir çox sahədə lisenziya və magistr təhsili almaq mümkündür. Üstəlik təhsil dili İngilis dilidir.

Təhsil dili İngilis dilidir;

Macarıstanda İngilis dilində təhsil ala bilərsiniz. Bu sayədə həm etibarlı bir diploma həm də anadili səviyyəsində İngiliscəyə sahib olarsınız. Macarıstan, Avropanın bir çox ölkəsindən şagirdlərə təhsil imkanı ilə təmin edir. Çox millətli bir mühitdə yaşayacaq, davamlı İngilis dilində danışacaqsınız.

Şengen vizası ilə Bütün Avropada sərbəst dövran;

Sahib olduğunuz Şengen vizası sayəsində, təhsiliniz boyunca bütün Avropa ölkələrinə rahatlıqla səyahət edə biləcək, Avropa vətəndaşı kimi yaşayacaqsınız.

Macarıstanda Həyat və Sosial xərclər

Macarıstan Avropada Universitet təhsili almaq üçün ən uygun ölkələrdən biridir. Tələbəyə qalması üçün müxtəlif variantlar təklif olunur. İstəkdən asılı olaraq tələbə yataqxanada və ya kirayəlik evlərdə yaşaya bilər. Ümumiyyətlə bir tələbənin aylıq yerləşmə xərci 150-200 Avro ətrafındadır. Nəqliyyat, qidalanma, ictimai xərclər və s. xərclər üçün ümumiyyətlə aylıq 300 – 400 Avro kifayət edir. Ümumi olaraq bir şagirdin aylıq xərclərinin 500-600 avro ətrafında olduğunu demək olar.