Polşada təhsil

Bu yazıda Polşadakı universitetlər, qəbul şərtləri haqqında danışacayıq. Polşanın təhsili hal – hazırda çox sürətlə inkişaf edir və artıq Avropada bu ölkənin universitetləri yüksək təhsil verən universitetlər kimi göstərilir. Bu baxımdan Polşa universitetləri Azərbaycan gənclər üçün də əlverişli sayıla bilər.

Çünki digər avropa ölkələrindən fərqli olaraq bu ölkənin universitetlərinə 11-ci sinfi bitirdikdən sonra birbaşa qəbul olmaq mümkündür. Amma digər avropa ölkələrində mütləq foundation proqramı keçib sonra bakalavr dərəcəsinə başlamaq olur.


 

Üstünlükləri

Polşada təhsil dili əsasən ingiliscə (və ya ingilizcə təhsil imkanları çoxdur)


 

Həm təhsil haqqı, həm yaşayış xərcləri yüksək deyil


 

Polşa univeristetləri bir çox fərqli sahədə və bölümdə ingilizcə təhsil verir.İngilis dili səviyəniz yetərli deyilsə,ilk il ingiliscə hazırlıq bölümündən sonra ümumi proqrama başlıya bilirsiniz.Əgər ixtisas öyrətim dilini polyakca seçsəniz ixtisas seçim sayınız daha çox artacaqdır.


 

Əsas da, Avropa’da yaşayacaq, Schengen vizası ilə bütün Avropa’da sərbəst nəqliyyat avantajını istifadə edə biləcəksiniz.

Sübhəsiz ki Polşa da özəl universitetlərin qiyməti də Almaniya Britaniya Fransa kimi ölkələrə nisbətən daha ucuzdur. Bir semestr üçün təxminən 1000 avrodan başlayan qiymətlər 4000 avroya kimi çata bilir.

Yaşayış xərcləri isə aylıq təxminən 100/150 avro olan mənzil tapmaq mümkündür.

Polşa universitetlərində bakalavr təhsili almaq üçün 11-ci sinfi bitirib qəbul olmaq mümkündür. 11-ci sinfi bitirdikdən sonra IELTS və yaxud da TOEFL imtahanı verərək birbaşa bakalavr dərəcəsində təhsil ala bilərsiniz. Bakalavrda təhsil müddəti əsasən 3, qismən 4 ildir.

Polşa universitetlərinə hər il xaricdən xeyli sayda əcnəbi tələbə təhsil almağa gəlir. Bu da bu ölkənin universitetlərinin yüksək reytinqə malik olduğunu göstərir. Polşada magistr təhsili almaq üçün bakalavr dərəcəsinə malik olmaq ,TOEFL və yaxud da IELTS imtahanı nəticəsi olması kifayətdir. Magistr təhsili 1.5 və yaxud da 2 ildir.


 

Ümumi Qəbul şərtləri necədir?

Yuxarıda qeyd etdiyimiz kimi Polşa universitetlərinəqəbul olmaq üçün TOEFL və yaxud da IELTS imtahanları tələb olunur. Həm magistr, həm də Bakalavr üçün.

Əgər Siz Polşada ali məktəbi bitirmək və ya orta təhsil almaq istəyirsinizsə, bizim xidmətlərimizin siyahısı ilə tanış olun. Biz Sizə daxil olma vaxtı yaranan məsələlərdə tam dəstəyi və köməyi göstərməyə hazırıq. Şirkətimiz mütəxəssis məsləhəti verir, bu da aşağıdakı hallarda sizə kömək edə bilər:

- Xaricdə təhsil üçün istiqaməti və bilavasitə təhsil müəssisəsini seçmək;

-Tələbələr üçün lazım olan sənədləri tərtib etmək;

Biz Sizə viza mərkəzinə yazılmağa kömək edəcəyik və lazımi hüquqi köməyi göstərəcəyik. Şirkətimiz üçün öhdəsindən gələ bilməyəcəyi problemlər mövcud deyil.

Buna Polşada bizim sayəmizdə təhsil alan tələbələrin mötəbər bazası, ölkənin təhsil müəssisələrinin arasında olan nüfuzumuz, bu sahədə iş təcrübəmiz, həm də bizim müştərilərimizin rəyləri şahidlik edir.

Polşada alınmış təhsil Sizə daim yeni üfüqləri açmağa və perspektivli gələcəyə addım atın.